Friday, January 20, 2017

British Embassy Tender - Warehousing and Customs services

Britaniya Səfirliyi öz məqsədlərinə nail olmaq üçün geniş çeşiddə mallar və xidmətlər satın alır. Bizim strategiyamız bütün bir prosesin xərclərinə və keyfiyyətinə əsasən davamlı olaraq təkmilləşməyə nail olmaqdan, eləcə də peşəkar satınalma sistemlərinin və praktikasının yaradılması ilə təchizatçıların rəqabət qabiliyyətini artırmaqdan ibarətdir.
Təkliflərin son günü 30 yanvar 2017-ci ildir.
Britaniya Səfirliyi aşağıdakı sahə üzrə xidmət göstərmək üçün müqavilə əsasında fəaliyyət göstərəcək təchizatçı axtarır:
Anbar və gömrük xidmətləri
a. Ümumi yükdaşıma
b. Yerli yaşayış və ofis yerdəyişmələri
c. İxrac və idxal gömrük prosedurları
d. Anbar (uzun/qısa müddətli saxlama) icarəsi
Yuxarıdakı sahələr üzrə təchizatçı şirkətlər öz təkliflərini, eləcə də, təkliflərə əlavə olaraq broşurlar, kataloqlar və s. təqdim edəcəklər. Potensial təchizatçıların seçilməsinin əsas meyarı ödənilən pul müqabilində göstərilən xidmətin keyfiyyətidir. Seçilən təchizatçı şirkət bir il müddətində Səfirliyin həmin sahədə təchizatçı şirkəti olacaq.
Ümumi:
Bütün təchizatçılar ödənişləri bank köçürməsi yolu ilə, AZN ilə alacaqlar. Səfirliyin ödəmə müddəti fakturanın alınmasından etibarən 30 gündür; avans ödənişə icazə verilmir. Təkliflər yazılı formada tərtib edilməli və Britaniya Səfirliyinin Korporativ Xidmətlər üzrə Menecerinə , Britaniya Səfirliyi, Bakı, Xəqani küç. 45A ünvanlanmalıdır. Təklifə tələb olunan məlumatlar və sənədlər əlavə edilməlidir. Bütün təkliflərdə ad və əlaqə məlumatları göstərilməlidir. Xahiş edirik ki, hazırkı müştərilərinizin siyahısını və eləcə də, əlaqə saxlamaq üçün ən azı iki müştərinin məlumatını bizə təqdim edəsiniz.Təkliflər elanda qeyd olunan məlumata əsasən təqdim edilir. Telefon vasitəsilə verilən açıqlamalar nəzərə alınmır. Bütün təchizatçı şirkətlər, 1500 ingilis funt sterlinqə qədər olan ödəmələri POS-terminal vasitəsilə qəbul etməyə hazır olmalıdırlar.